“Gəncə” qalib gəldi
Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun növbəti oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün yeganə matçı Gəncədə təşkil olunub.
Şəhərin eyniadlı komandası “Cəlilabad”la üz-üzə gəlib. Autsayderlər qrupunda yer alan komandaların dueli Gəncə Olimpiya İdman Kompleksində baş tutub.
Meydan sahibləri 103:91 hesabı ilə qalib gəliblər. “Gəncə”nin heyətində Culs Mur 32 xal və 11 ribaunda imza atıb. “Cəlilabad”da isə 23 xal və 6 assist edən Rişon Conson fərqlənib.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.
XVI tur
6 aprel
14:00. “Gəncə” – “Cəlilabad” – 103:91
Gəncə Olimpiya İdman Kompleksi