“Gəncə” “Sərhədçi”yə qalib gəldi
Azərbaycan Basketbol Liqasında 21-ci turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.
Tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.