featured-image-18208

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.

Astara Olimpiya İdman Kompleksində baş tutan oyunda “Gəncə” “Olimpik” (Şəki) ilə qarşılaşıb və rəqibinə 105:80 hesabıyla qalib gəlib.

Beləliklə, xalını 15-ə çatdıran Gəncə təmsilçisi yenidən liderliyə yüksəlib. “Sabah” 14 xalla ikinci, NTD 13 xalla üçüncüdür.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sərhədçi” NTD-ni 93:92, “AAAF Xırdalan” “Neftçi”ni 83:68, “Sabah” “Zirvə Astara”nı 97:88 hesabıyla məğlub edib.

Bənzər xəbərlər