featured-image-27615

Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti məlum olub.

Msport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Gömrük Komitəsinin (DGK) yeni sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov federasiya prezidenti seçilib.

O bu postda yaxınlarda Atletika Federasiyasına rəhbərlik etməyə başlamış Cavid Qurbanovu əvəzləyib.

Yeni federasiya prezidenti bu gün Azərbaycan çempionatının 3-cülük matçı “Neftçi” – MOİK və final oyunu olan “Xarı bülbül” – “Murov” görüşlərini izləyəcək.
Qeyd edək ki, Şahin Bağırovun federasiya prezidenti olacağını ilk dəfə prosport.az
saytı yazıb.

Bənzər xəbərlər