Gömrük Komitəsinin sədri baş katibi işdən çıxardı
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
Msport.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.
İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.
Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Qeyd edək ki, dünən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti genral-leytnantı AVF-nin yeni prezidenti seçilib.