Gürcüstanda 16 medal
Azərbaycanın uşaq badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 16 medal qazanıblar.
Msport.az xəbər verir ki, 11 və 13 yaşadək uşaqlar arasında keçirilən yarışda təmsilçilərimiz 5 qızıl, 5 gümüş və 6 bürünc mükafat əldə ediblər.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Maldiv adaları və Ermənistan badmintonçuları mübarizə aparıblar. Ölkəmiz turnirdə 17 badmintonçu ilə təmsil olunaraq bütün kateqoriyalarda fəxri kürsüdə yer alıb.
U-11
Oğlanlar
İsmayıl Qarayev – 2-ci yer
Həsən Məmmədov – 3-cü yer
Qızlar
Zərifə Rüstəmova – 3-cü yer
Qoşa oğlanlar
İsmayıl Qarayev – Həsən Məmmədov – 1-ci yer
Məhəmmədəli Ələsgərli – Zülfüqar Kərimli – 2-ci yer
Qarışıq qoşa
İsmayıl Qarayev – Lalə İsmayılova – 1-ci yer
Həsən Məmmədov – Zərifə Rüstəmova – 2-ci yer
Zülfüqar Kərimli – Zabitə Sadıqova – 3-cü yer
U-13
Oğlanlar
Malik Cəfərov – 1-ci yer
Yusif Kamalov – 2-ci yer
Ömər Teymurlu – 3-cü yer
Qoşa oğlanlar
Ömər Teymurlu – Omar Mehdi – 1-ci yer
Yusif Kamalov – Malik Cəfərov – 2-ci yer
Qarışıq qoşa
Ömər Teymurlu – Banu İbrahimli – 1-ci yer
Omar Mehdi – Ayla Abdullayeva – 3-cü yer
Qızlar
Banu İbrahimli – 3-cü yer