Gürcüstanlı mütəxəssis Azərbaycan klubunda
“Abşeron” basketbol klubunda yeni baş məşqçi Erhan Tokerin köməkçilərindən biri müəyyənləşib.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümü üçün hazırlıqlara start verən komandaya gürcüstanlı mütəxəssis Davit Çivçivadze də dəvət olunub.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, gənc çalışdırıcının ilk məşqçilik təcrübəsi də ölkəmizdə olub. O, ötən mövsüm “Naxçıvan”ın ( keçmiş “Xəzri”nin) məşqçilər korpusunda yer alıb. Davit Çivçivadze oyunçu kimi də ölkəmizdə 2022/2023 mövsümündə “Şəki”nin heyətində çıxış edib.