Hakimi İnfantino ilə mübahisəsindən danışdı - Oyundan sonra nə baş verib?
Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi dünya çempionatının Xorvatiya ilə 3-cü yer oyunundan sonra FİFA prezidenti Canni İnfantino ilə aralarında yaranan konfliktdən danışıb.
Msport.az “Goal.com”a istinadən xəbər verir ki, matçdan sonra Hakimi İnfantinonu təhqir edib:
“Heç nə olmayıb. Mən oyundan sonra əsəbi idim. Mən gedib İnfantino ilə danışdım və ona dediyim sözlərə görə üzr istədim. O, mənim dostumdur və İnfantinoya böyük hörmətim var. Odur ki, ciddi bir şey olmayıb”.
Xatırladaq ki, Xorvatiya – Mərakeş oyunundan (2:1) sonra Hakimi İnfantinonu təhqir edib və ona deyib ki, “Mərakeşin medal almasını istəmmirsiz”