Hakimimiz final mərhələsində
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Msport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.
Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.