featured-image-41832

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.

Msport.az-ın məlumatına görə, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Bu, Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.

Bənzər xəbərlər