featured-image-28817

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir start götürüb. 

Msport.az xəbər verir ki, Azərbaycan turnirdə “Şuşa” komandası ilə təmsil olunur. Komandanın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış edir.

Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində yarışda iştirak edən komandaların üzvlərinə ulu öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri xidmətləri barədə məlumat verib.

Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Respublikası Diasporla İs üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

media-IMG_8652

Bənzər xəbərlər