II Liqaya yüksələn komanda məlum olacaq
Bu gün yeni mövsüm üçün Azərbaycan 2-ci liqasına vəsiqə qazanmaq üçün pley-off görüşü keçiriləcək.
Msport.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilək görüşdə “Biləsuvar” və “Ağstafa Gəncləri” üz-üzə gələcək.
Saat 16:00-da başlayacaq matçı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, ötən mövsüm “Ağstafa Gəncləri” 2-ci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü olub.
29 may (cümə)
2-ci liqa uğrunda pley-off oyunu
16:00. “Biləsuvar” – “Ağstafa Gəncləri”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu







