featured-image-56917

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Los-Anceles Klippers” və “San-Antonio Spörs” komandaları arasında keçirilmiş oyunda ikinci dəfə tarixi hadisə reallaşıb

Msport.az OPTA-ya istinadən xəbər verir ki, ilk dövrədə rəqibindən 26 xal geridə olan Los-Anceles təmsilçisi geri dönüş edərək yekunda 113:104 hesablı qələbəyə sevinib. Bu, NBA tarixində birinci dövrədən sonra 26 və ya daha çox xal fərqi ilə uduzan komandanın matçı öz xeyrinə dəyişməsi ilə nəticələnən ikinci hadisə olub.

Sonuncu dəfə bu hal 1967-ci il yanvarın 8-də “Nyu-York Niks” – “Los-Anceles Leykers” komandaları arasında matçda baş verib.

Bənzər xəbərlər