featured-image-41672

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Msport.az xəbər verir ki, yanvarın 9-da Yüksək Liqada 8-ci turun iki matçı baş tutacaq.

Günün ilk qarşılaşması saat 15:00-da “Abşeron”la “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Saat 18:00-da “Murov Az Terminal” “Azərreyl” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” ikinci dövrə ərəfəsində hərəyə 18 xalla 1-2-ci yerləri bölüşdürürlər. “Murov Az Terminal” 15 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki “Gəncə”nin 9, beşinci “Milli Aviasiya Akademiyası”nın 3 xal var. Autsayder UNEC ilk dövrədə xal qazana bilməyib.

Bənzər xəbərlər