İlin son matçının vaxtı açıqlandı
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin son matçının tarixi bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından Msport.az-a verilən məlumata görə, “Azərreyl” və “Neftçi” komandaları arasında keçiriləcək oyun dekabrın 21-də olacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Yüksək Liqa (kişilər)
21 dekabr
VII tur
15:00. “Azərreyl” – “Neftçi”
GİN-nin Voleybol Mərkəzi