featured-image-18736

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi komandasının oyun tərzi barədə danışıb.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis topa az nəzarət etmələri ilə bağlı məsələyə belə münasibət bildirib:

“Biz necə bacarırıq, elə də oynayırıq. Niyə hər kəsi topa sahib olma faizimiz narahat edir? 70 faiz topa nəzrat edib sonra da qapıya 2 dəfə zərbə endirmək? Nə olar, mən İnfantinoya deyərəm ki, 60 və daha çox topa sahib olan komandalara əlavə xal verilsin. Biz qələbə qazanmaq üçün burdayıq, topa nəzarət üçün yox. Əgər bizə topu versələr, qalib gəlmək üçün əlimizdən gələni edərik. Amma fikirləşmirəm ki, rəqiblərimiz belə eləsinlər. Bəli, “Siti” 70 faiz topa nəzarət edir. Amma onların oyunçularına baxın: De Brüyne və Bernardu Silva ilə siz topu saxlayacaqsız, bu, normaldır.

Bilirəm ki, avropalılar bizim oyunu tənqid edirlər. Biz Afrika, inkişaf etməkdə olan ölkələr üçün qalib gəlməliyik. Fransanın İngiltərəyə qarşı oyununa baxın: topa sahib olmada geri qaldılar, amma qələbə qazandılar”.

Bənzər xəbərlər