İngiltərəli futbolçu "Araz Naxçıvan"da
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Msport.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan klubu Natan Oduva ilə anlaşıb. İngiltərəli futbolçu ilə bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Transferin yaxın vaxtda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Oduva ötən mövsümü “Turan Tovuz”da keçirib.







