İslamiada: Millimiz Türkiyəyə uduzdu, medalsız qaldı
Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.
Msport.az xəbər verir ki, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabı ilə uduzub.
Bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş saat 14:00-da başlayacaq.