İsmayılova finalın cavab matçına təyinat aldı
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (AVK) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında “Challenge Kuboku”nun final qarşılaşmasına təyinat alıb.
Msport.az xəbər verir ki, İsmayılova Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv” klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq.
CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.