İtaliya klubunda baş məşqçi istefası
İtaliyanın “Parma” klubunda baş məşqçi istefası baş verib.
Msport.az xəbər verir ki, Karlos Kuesta artıq əsas komandanın baş məşqçisi deyil.
İspaniyalı mütəxəssis 2025-ci ilin iyunundan “Parma”ya rəhbərlik edirdi. Buna qədər o, “Arsenal”da baş məşqçinin köməkçisi kimi çalışıb.
“Klub və məşqçi arasında aparılan daxili müzakirələrdən sonra tərəflər peşəkar münasibətləri davam etdirmək üçün əsasların artıq mövcud olmadığı qənaətinə gəliblər. Xüsusilə idman layihəsinin inkişafı ilə bağlı başlanılan işi davam etdirmək üçün zəruri şərtlərin olmadığı müəyyənləşdirilib. Qərar qarşılıqlı razılıq əsasında qəbul olunub”, – deyə “Parma”nın açıqlamasında bildirilib.
Qeyd edək ki, “Parma” 2025/26 mövsümündə İtaliya çempionatını 13-cü pillədə başa vurub. Cari mövsümdə isə Kuestanın rəhbərliyi altında komanda A Seriyasında keçirdiyi beş oyunda yalnız bir qələbə qazanıb.







