featured-image-28586

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borges hazırda davam edən “Spartak” – “Krasnodar” oyununda ağır zədə alıb. Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçisi Moskva klubunun müdafiəçisi Qeorqi Cikiya ilə toqquşduqdan sonra yerdə qalıb. Cikiya tez Kadinin dilini çıxarıb, ona ilk tibbi yardım göstərib.

Braziliyalı futbolçu 51-ci dəqiqədə xüsusi maşında azarkeşlərin alqışları ilə meydanı tərk edib.

Hazırda oyunda 64-cü dəqiqə gedir, “Krasnodar” səfərdə 2:1 üstünlüyə malikdir.

Xatırladaq ki, Kadi yanvarda Ağdam klubundan “Krasnodar”a 5 milyon avroya transfer olmuşdu.

AYXAN 

Bənzər xəbərlər