featured-image-19543

“Qarabağ”ın futbolçusu Kadi Borgesin Rusiya “Krasnodar”ına keçidi alınmaya bilər.

Msport.az xəbər verir ki, bu barədə “RB Sport” məlumat yayıb.

Kadinin keçidinə əngəl olacaq əsas səbəb kimi Ağdam klubunun tələblərinin yüksək olması göstərilib. Belə ki, tərəflərin 26 yaşlı furbolçunun transfer məbləği ilə bağlı razılığa gələ bilmədiyi deyilir.

“Qarabağ” məbləğdə güzəştə getməsə, “Krasnodar” Kadinin keçidindən imtina edəcək.

Kadi 2021-ci ildən “Qarabağ”ın formasını geyinir.

Bənzər xəbərlər