"Karvan-Yevlax" Füzuli Məmmədovla yollarını ayırdı
“Karvan-Yevlax” baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb.
Msport.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə başa çatan müqavilə artırılmayıb.
Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrından “Karvan-Yevlax”ı çalışdırırdı. Mövsümü 15 xal sonuncu pillədə başa vuran Yevlax təmsilçisi Premyer Liqanı tərk edib.







