Kaşukdan yubiley qolu
“Sabah” Premyer Liqada 25-ci heç-heçəsinə imza atıb.
Msport.az xəbər verir ki, 28-ci turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub.
Bakılılar yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.
“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.