featured-image-84782

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın zədəsindən danışıb.

Msport.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi dizindəki ağrılara görə yığmanın düşərgəsinə gəlməyib. Lakin onun noyabrın 15-də İngiltərə ilə UEFA Millətlər Liqası matçında oynaması gözlənilir.

De la Fuentenin sözlərinə görə, Yamalın dizində ağrı “Aston Villa” ilə Çempionlar Liqası oyunundan (3:0) sonra başlayıb:

“Mən onunla dünən də danışmışam, bu gün də. Onun vəziyyəti yaxşılaşır, bərpa dövrü tez keçir. Biz cümə günü onun qayıtmasına ümid edirik.

Laminin heç bir xüsusi imtiyazı yoxdur, istənilən futbolçu ilə bağlı eyni hərəkət edərdik.  Yalan məlumatların yayılmasına, fərziyyələrə və açıq-aşkar uydurmalara qarşı həssasam. Buna görə də təfərrüatı paylaşıram. İnsanlara obyektiv məlumat çatdırmağın yeganə yolu budur”.

 

Bənzər xəbərlər