"Kəpəz" Azər Bağırovla vidalaşdı - RƏSMİ
“Kəpəz”lə müqaviləsi başa çatan baş məşqçi Azər Bağırov komandadan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik” – klubun açıqlamasında belə deyilir.
Qeyd edək ki, Azər Bağırov ötən ilin oktyabr ayından “Kəpəz”i çalışdırırdı. Yaxın vaxtlarda “Şamaxı”nın A.Bağırovu baş məşqçi kimi açıqlayacağı gözlənilir.







