featured-image-31798

“Kəpəz”dən daha bir futbolçunun ayrılması rəsmiləşib. Msport.az xəbər verir ki, Gəncə klubu Giorgi Kantariya ilə müqaviləni uzada bilməyib.

Kantariya ötən mövsüm komandanın heyətində çempionatda keçirdiyi 31 oyunda 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Kəpəz” buna qədər yay fasiləsində Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli, Fərid Nəbiyev, Yusif Nəbiyev və Orxan Sadıqlı ilə yollarını ayırıb.

Bənzər xəbərlər