featured-image-20301

“Kəpəz”in iki əsas futbolçusunu Ahmed Ayzaya və Abdullahi Şuaybu yalnız bu gün komandanın Antalya toplanışına qoşula bilib. Msport.az xəbər verir ki,  nigeriyalı oyunçular viza ala bilmədiklərindən Türkiyəyə vaxtında getməmişdilər. Artıq problem həll olunub.

Hər iki futbolçu bu gün səhər saatlarında Antalyaya gedib.

Gəncə klubu ayın 7-dən Türkiyədədir və 18-nə qədər orada hazırlıq keçəcək.

Bənzər xəbərlər