featured-image-20049

“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Antalya şəhərinə yola düşüb. Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvar 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.

Bənzər xəbərlər