featured-image-83055

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp yığmanın tarixində ən pis starta imza atıb.

Msport.az xəbər verir ki, komanda Millətlər Liqasının II turunda Yunanıstana məğlub olub (0:1).

Dünənki qarşılaşmadan əvvəl komanda Kloppun debüt matçında Niderlandla heç-heçə edib (1:1). O, Almaniya seçməsinin tarixində ilk iki oyunda qələbə qazanmayan üçüncü baş məşqçidir. Lakin Zepp Herberger (1937-ci il) və Helmut Şön (1965-ci il) iki matçda heç-heçə edərək 2 xal topladıqları halda, Kloppun aktivində cəmi 1 xal var.

Qeyd edək ki, Almaniya millisi oktyabrın 1-də Münhendə Millətlər Liqasının III turu çərçivəsində Serbiyaya qarşı oynayacaq.

Bənzər xəbərlər