Kolumbiya millisinin üzvü Azərbaycan klubunda
“Azərreyl” heyətinə daha bir voleybolçu qatıb.
Klubdan Msport.az-a verilən məlumata görə, “dəmiryolçular” Kolumbiya millisinin üzvü Katerin Melissa Ramirez Reyesin keçidini rəsmiləşdirib. 19 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Bakı klubu daha əvvəl İrina Milanoviç, Sorak Miliça ( hər ikisi Serbiya),bolqarıstanlı Nikol Milanova, puerto-rikolu Nayka Benites və Anastasiya Qurbanovanı transfer edib.