Konfrans Liqası: "Qəbələ" üçün "Fənərbaxça" variantı
Konfrans Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin potensial rəqiblərinin sayı 5-ə enib. Msport.az xəbər verir ki, “qırmızı-qaralar” turnirdəki ilk görüşündə “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr) kimi komandalarla qarşılaşa bilər.
Digər mümkün rəqiblər isə “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) və “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ola bilər.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək







