featured-image-25165

Milli komandamızın üzvü Mahir Emrelinin formasını geydiyi “Konyaspor” Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində “Qalatasaray”ı qəbul edəcək. Msport.az xəbər verir ki, sabah “yaşıl-ağlar”ın günorta saatlarındakı məşqinin ilk hissəsi mətbuat üçün açıq olacaq.

Baş məşqçi Aleksandr Stanoyeviç və Mahir Emreli mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.

Xatırladaq ki, Mahir Konya təmsilçisində “Giresunspor”la matçda debüt edib. Qolsuz bərabərliklə yekunlaşan görüşdə həmyerlimiz 58 dəqiqə meydanda olub.

AYXAN 

 

Bənzər xəbərlər