featured-image-25444

Milli komandamızın üzvü Mahir Emrelinin formasını geyindi “Konyaspor” bu gün Türkiyə Super Liqasının 26-cı turunda “Qalatasaray”ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mahir çempionatın lideri ilə matça çıxacaqmı?  6 yaşlı futbolçu ötən tur “Giresunspor”la görüşdə (0:0) start heyətində yer almış və 58-ci dəqiqədə əvəzlənmişdi.

Msport.az Konyada çıxan qəzetlərə istinadən xəbər verir ki, həmyerlimiz bu gün ilk dəqiqələrdən oynamaya bilər. “Konyanınsesi” yazır ki, Aleksandr Stanoyeviç “Giresunspor”la qarşılaşmaya ilk “onbirlik”də başlayan Marlos Morenodan razı qalıb. Kolumbiyalı futbolçunun Robert Muriçlə birgə hücumun cinahlarında yer alması gözlənilir. Ötən həftə sonradan meydana çıxan xorvatiyalı vinger yaxşı təsir bağışlayıb.

Cəzası başa çatan Mame Biram Diufun isə hücumun sivri ucunda oynaması gözlənilir. Qəzetin yazdığına görə, Emreli bu dəfə ehtiyatda qalacaq.

AYXAN 

Bənzər xəbərlər