featured-image-25712

Türkiyə “Konyaspor”u ölkələrinin yığmalarına dəvət alan futbolçuların adlarını açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.

Konya təmsilçisinin rəsmi saytında yer alan məlumatda 26 yaşlı forvardın Avstriya və Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyunlarına çağırıldığı bildirilib.

Görünür, klubun Emrelinin zədələnməsindən xəbər yoxdur. Əks halda onun Azərbaycan millisinin heyətindən çıxarıldığını və bu gün Konyaya qayıdacağını da qeyd edərdilər.

Xatırladaq ki, Mahir Emreli evdə “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub etdikləri XXVI oyununda zədələnib.

CAHİD

Bənzər xəbərlər