featured-image-18355

Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş dünya çempionatının 1\8 finalında İsveçrə üzərində qələbəni (6:1) şərh edib.

Msport.az “Record”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yığmanın lideri Kriştianu Ronaldudan da danışıb:

“Heyətdəki dəyişikliklər? Bu oyunun strategiyası idi. Bütün oyunçular fərqlidirlər. Mən Dalot, Rafael Qerreronu da meydana buraxdım. Hərçənd Kanselu da əla futbolçudur.

Fernandu Santuşun millinin kapitanı ilə problemləri yoxdur. Biz uzun illərdir ki, dostluq edirik. Oyunçular qərarları qəbul edirlər, bu bizə heç cür təsir etmir. Mən artıq dedim ki, məsələ birdəfəlik həll olunub. O, böyük kapitan kimi əla nümunə oldu.

Mərakeşə gəlincə, yadımdadır ki, 2018-ci ilin dünya çempionatında onlar bizə nə qədər problem yaratmışdılar”.

Xatırladaq ki, Portuqaliya 1\4 finalda Mərakeşlə üz-üzə gələcək.

Bənzər xəbərlər