featured-image-26067

Milli komandamızın baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriyaya 1:4 hesabı ilə məğlub olduğumuz oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis ilk qoladək bərabər oyun getdiyini deyib:

“Buraxdığımız ilk qoladək rəqiblə bərabər səviyyədə oynayırdıq. İkinci qoldan sonra isə inamı itirdik. Birinci qoldan sonra sakitliyimizi qoruya bilmədik və matçıN axırına kimi əziyyət çəkdik”.

67 yaşlı mütəxəssis yığmamızda debüt oyununa çıxan Yusif İmanov və Azər Əliyev barədə fikirlərini bildirib: “Gələcəkdə bizim üçün lazımlı oyunçu ola bilərlər. Matçdan əvvəl Bəxtiyar və Antonla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.

De Byazi rəqibin güclü komanda olduğunu vurğulayıb: “Bilirəm ki, Avstriya son yoldaşlıq oyununda İtaliyanı məğlub etmişdi. Baxmayaraq ki, heyətlərində bəzi futbolçular yox idi, yenə də çox yaxşı oyun nümayiş etdirdilər. Texniki səviyyə özünü göstərdi”.

İtaliyalı məşqçi 3 il əvvəlki dönəmlə indini də müqayisə edib: “Mən 3 il əvvəl gələndə daha çox gənc futbolçulara şans verirdim. Sonra gördük ki, bunun elə də xeyiri olmadı və daha təcrübəli oyunçuları da çağırmağa başladıq. Həmin vaxt pandemiya dönəminə də düşdü. Bu oyun da bizə dərs oldu. Çalışırıq inkişaf edək”.

AYXAN

 

Bənzər xəbərlər