featured-image-42520

“Los Anceles Leykers”in məşhur basketbolçusu Lebron Ceyms NBA tarixinə düşüb.

Msport.az Milli Basketbol Assosiyasiyasının (NBA) rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı oyunçu 20-ci dəfə “All Star”ın (Ulduzlar komandası) heyətinə seçilib.

Bununla da o əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı ( 19) qabaqlayıb. Üçüncü sırada isə 18 iştirakla mərhum basketbolçu Kobe Brayant yer alır.

Qeyd edək ki, builki “All Star” oyunu fevralın 18-də İndianapolis şəhərində keçiriləcək.

Bənzər xəbərlər