Lebron Ceymsin imzalı kartı 1 milyon dollara satıldı
Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymsin imzalı ticarət kartı satılıb.
Msport.az xəbər verir ki, həmin kartın hərracda satışından 1 milyon 159 min dollara gəlir əldə edilib.
Ulduz basketbolçunun “Klivlend”də oynadığı dövrə aid olan kart “Goldin Auctions” hərracında satılıb.
Qeyd edək ki, Lebron Ceyms 2003-2010 və 2014-2018-ci illərdə “Klivlend”in formasını geyinib.