featured-image-21555

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

Msport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 3-cü turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.

Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub – 25:18, 25:17.

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xarı bülbül” 3 xalla 2-ci, set fərqində “Xarı bülbül”dən geri qalan “Neftçi” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.

Bununla da ilk dövrədən yalnız bir matç keçirilməmiş qalır. 2-ci turdan təxirə salınmış “Xarıbülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

Yüksək Liqa
3-cü tur
27 yanvar

Murov – Xarı bülbül 3:0 (25:11, 25:18, 25:17)

Bənzər xəbərlər