Liderdən növbəti qələbə
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrə oyunlarına start verilib.
Msport.az xəbər verir ki, günün ilk görüşündə “Neftçi” “Murov”la üz-üzə gəlib.
İlk iki setdə 25:22, 25:22 hesabı ilə qalib gələn “Murov” üçüncü hissədə 16:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. Bu hissədə 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası görüşün yekun hesabını müəyyənləşdirib – 3:1.
Voleybol Mərkəzində təşkil olunan 4-cü turun növbəti matçı MOİK və “Xarı bülbül” komandaları arasında olub. Qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb – 3:1.
Beləliklə, 2-ci dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.
Yüksək Liqa
4-cü tur
2 fevral
Neftçi – Murov 1:3 (22:25, 22:25, 25:16, 21:25)
MOİK – Xarı bülbül 1:3 (21:25, 25:22, 18:25, 21:25)