featured-image-23850

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turdan təxirə salınan “Xarı bülbül” – “Murov” oyunu keçirilib.

Msport.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb – 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Bənzər xəbərlər