featured-image-15302

Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

Günün ilk matçında lider “Gəncə” Astaranı təmsil edən “Zirə” komandasına 78:77 hesabı ilə qalib gəlib.

Digər oyunda isə “Neftçi” “Sərhədçi”ni məğlub edib – 85:80.

Bu nəticələrdən sonra xallarını 4-ə çatdıran “Gəncə” zirvədəki mövqeyini qoruyub. Eyni xala malik “Neftçi” 2-cidir. Hərəyə 2 xalı olan “Zirvə” və “Sərhədçi” isə 5-6-cı yerləri bölüşdürür.

Tura oktyabrın 22-də keçiriləcək “AAAF Xırdalan” – “Sabah” və “Olimpik” (Şəki) – NTD matçları ilə yekun vurulacaq.

Bənzər xəbərlər