featured-image-78451

Uğursuz mövsüm keçirən APOEL yay fasiləsində heyətində radikal dəyişikliklər edəcək.

Msport.az xəbər verir ki, klub rəhbərliyinin transfer hədəflərindən biri də Azərbaycan millisinin futbolçusu Mahir Emrelidir.

Hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən 28 yaşlı hücumçu özü müqaviləsinin davam etməsinə baxmayaraq, komandasını dəyişməyi düşünür. Bir neçə ölkədən təklif alan forvardın keçidində ən çox maraqlı klub kimi APOEL göstərilir. Yunanlar üçün hücum xəttində prioritet məhz millimizin üzvü hesab olunur. Rəhbərlik onun təcrübəsinin komandaya fayda verəcəyini düşünür.

Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə sözləşməsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər