featured-image-20362

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli cari mövsümün ikinci dövrəsindən etibarən Xorvatiyanın “Dinamo” klubunun əsas heyət oyunçusuna çevriləcək.

Msport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib. O, Mislav Orşiçin İngiltərənin “Sauthempton” klubuna transferindən sonra həmin mövqedə Emreliyə şans vermək qərarına gəlib. Bu üzdən də Türkiyə klublarından təklif alan azərbaycanlı futbolçu baş məşqçi ilə söhbətdən sonra qalmağa üstünlük verib.

Xatırladaq ki, Mahir 2022-ci ilin əvvəlindən forma geyindiyi “Dinamo”da 20 oyuna çıxıb və 5 qol vurub.

Bənzər xəbərlər