featured-image-20147

Azərbaycan millisinin futbolçusu Mahir Emreli formasını geyindiyi Xorvatiya klubu “Dinamo”nun kapitanı Ariyan Ademini zədələyib.

Msport.az xəbər verir ki, bu barədə Zaqreb klubunun rəsmi saytı məlumat yayıb.

Hadisə komandanın ikitərəfli oyunu zamanı baş verib. Rovindəki təlim-məşq toplanışı zamanı baş məşqçi Ante Çaçiç yetirmələrini ikitərəfli görüşdə sınayıb. “Ağlar”ın heyətində yer alan Emreli bir epizodda sərt müdaxilə ilə Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.

Xatırladaq ki, “Dinamo” toplanış çərçivəsində yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə, 17-də isə Zaqrebdə “Bravo” ilə yoxlama görüşü keçirəcək.

Bənzər xəbərlər