featured-image-25493

“Konyaspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda “Qalatasaray”a qarşı keçirəcəkləri ev oyununa start heyətində başlayacaq.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçunun adı baş məşqçi Aleksandar Stoyanoviç tərəfindən ilk “11-liy”ə salınıb.

Türkiyə mətbuatı dünən forvardın ehtiyatda qalacağını yazsa da, ehtimallar özünü doğrultmayıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

CAHİD 

Bənzər xəbərlər