featured-image-25748

Zədə səbəbindən milli komandamızın heyətindən kənarda qalan Mahir Emrelinin vəziyyəti açıqlanıb.

Msport.az xəbər verir ki, “Konyaspor”un hücumçusunun zədəsi çox da ciddi deyil, sadəcə yığmanın məşqçiləri riskə getmək istəməyiblər və bu səbəbdən onun adını siyahıdan çıxarıblar.

25 yaşlı futbolçunun qasığında ağrılar olduğundan o, bir həftə fizioterapevtin müşayəti ilə hazırlıq keçəcək. Mahirin milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonrakı tur “Ümraniyespor”la matçda hazır olması gözlənilir. Həmin görüş martın 26-da olacaq.

AYXAN 

Bənzər xəbərlər