"Mahir Petkoviçdən daha istəklidir" - Xorvatiya mətbuatı
Xorvatiya mətbuatında Zaqreb “Dinamo”sunun yeni baş məşqçisi Ante Çaçiçin hücum xəttində kimlərə şans verəcəyi müzakirə olunur.
Msport.az xəbər verir ki, “Večernji List”də gedən məqalədə millimizin forvardı Mahir Emrelidən də bəhs edilib:
“Şübhəsiz ki, “Dinamo” Petkoviçi itirmək istəmir. Ona görə də Çaçiç hansısa möcüzə ilə onu təcili formaya salmalıdır. Hərçənd biz özümüz də qısa vaxt ərzində bunun baş tutacağına şübhə ilə yanaşırıq. Ya da Çaçiç kim yaxşı formadadır, onlara bel bağlamalı olacaq. Mahir Emrelidə Bruno Petkoviçdən daha çox istək var. Və o, Petkoviçdən fərqli olaraq indi yaxşı vəziyyətdədir. Andriçə gəlincə, o, nə vaxt oynasa, həmişə məhsuldardı. Amma onun bu qədər az şans əldə etməsi ədalətli deyil. Yuriç də öz vaxtını gözləyir.