featured-image-25534

Milli komandamızın üzvü Mahir Emreli dünən “Qalatasaray”la oyunda start heyətində meydana çıxıb. 25 yaşlı futbolçu ardıcıl 2-ci oyundur ki, “Konyaspor”un ilk “onbirliyi”ndə başlayır. 79 dəqiqə forma geyinən həmyerlimiz barədə fikirlər müsbətdir “Konyaspor” azarkeşləri sosial şəbəkələrdə Mahir haqqında daha çox pozitiv düşüncələrini yazıblar. Msport.az onlardan bəzilərini təqdim edir:

Yunus Ağırbaş: “Mahir Emreli komandaya və çempionata öyrəşdikcə ciddi xeyir verəcək. İkili mübarizələrdəki gücünü gördük, pozisyona girməkdə də çətinlik çəkmir. Daha zəif rəqiblərlə oyunlarda izləmək maraqlı olacaq”.

Murat Sağlam: “Mahir Emrelidən başqa digər yeni alınan futbolçuları PTT I Lig-ə göndərin. Metehan Merte 5 milyon verən Fatih başqan heyətə belə düşməyən adamı alıb. Kimin pulunu kimə yedizdirirsiniz”?

Cambaz: “Mahir Emreli “Qarabağ”la Çempionlar Liqasında oynamış uşaqdır. Zaqreb “Dinamo”suna qədər gedib çıxıb. Konya düzgün seçim edib. Bonservisini alsalar, ondan çörək yeyərlər”.

Serkan Yaşar: “Rober Muriç sağ cinaha, Mahir Emreli isə hücuma keçsə, daha çox xeyir verərlər”.

Sinyor: “Rəhmətlik Əbülfəz Elçibəydən sonra ilk görüşdə xoş təsir bağışlayan ikinci azərbaycanlı Mahir Emreli qardaşımız”.

MGS: “Mahir Emreli ya qolunu vurar, ya da qırmızı alar. Ortası yox, bu qardaşın”.

AYXAN 

 

Bənzər xəbərlər